LSQ-10A
Kateqoriya: Neft Mədən Avadanlıqları
Quyu işləri qurğusu
Məftillə endirilən alətlərlə quyu avadanlığına xidmət (dəyişmək, idarə etmək) üzrə işlərin aparılması üçün təyin edilmişdir.
Qurğu müxtəlif avtomobillərin şassisi üzərində quraşdırılır. tərkibinə hidrona-sos, hidroavadanlıq və idarəetmə pultu ilə bucurqad, yağ çəlləyi, şassiüstü və digər avadanlıq daxildir. Qurğunun bani arakəsmə ilə iki hissəyə ayrılmışdır:bucurğad və operator bölgülərindən ibarətdir.Bucurqad bölgüsüdə transmissiya ilə hidrointiqallı bucurqad yerləşdirilmişdir. Qurğunun banının böyür divarda quyuüstü lubrikatorun (yağlayıcının) və digər avadanlığın yerləşdirilməsi üçün xüsusi kameralar qurulmuşdur.Operator üçün bölgüdə həm bucurqadı, həm də avtomobilin mühərrikini idarə edən mərkəzləşdirilmiş idarəetmə postu yerləşdirilmişdir.
Drosellə tənzimlənən hidravlik intiqal, endirmə-qaldırma sürətləri-nin səlis aparılması, quyuiçi qurğuların oturdulması və çıxarıl-ması, zərbə əməliyyatlarının yerinə yetirilməsini, məftilin gərilməsinə avtomatik fasiləsiz nəzarəti, uzunsürən endirmələrdə bucurqadın barabanının hidravlik əyləclənməsini təmin edir. Qaldırmanın böyük sürəti klapanları açarkən onların daha tez çıxarılmasına imkan verən böyük impuls almağa, bundan əlavə diq r quyu işlərinin aparılmasında vaxta qənaət etməyə imkan verir.
Səmərəli gücü, kVt |
40 |
Xidmət dərinliyi, m |
4000 |
Nominal dartı qüvvəsi,kN |
10 |
Qaldırma sürəti, m/s |
0 - 12 |
Bucurğad barabanının 2.5mm diametrili |
|
məftil üçün tutumu, m |
6200 |
Əndazə ölçüləri, mm |
7650x25003300 |
Ümumi çəki |
11420 |
1 2 3 4 5