Logo

"Polad Texno" MMC

Şirkətlər

"Polad Texno" MMC

2007-ci ildən fəaliyyət göstərən "Polad Texno" MMC metal emalı, cilalama, metal qəliblərin tökülməsi, qara və əlvan metalların satışı və təchizatı ilə məşğul olur. 

Bundan əlavə, "Polad Texno" MMC Sumqayıt Superfosfat ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.

"Sumqayıt Superfosfat Zavodu" ASC

Şirkətlər

"Sumqayıt Superfosfat Zavodu" ASC

Sumqayıt Superfosfat Zavodu  1961-cı ildə sulfat turşusu və sadə superfosfat gübrəsinin istehsalı məqsədi ilə istismara verilmişdir. 2001-ci ildə zavodun bazasında“Sumqayıt Superfosfat” ASC yaradılmışdır. Fəaliyyət göstərdiyi dövrdə müəssisənin 3000 nəfərə qədər işçi heyəti olmuşdur. Zavodun Sumqayıt şəhərində tikilməsində əsas məqsəd şəhərin kimya zavodlarını, respublikanın neft emalı və energetika müəssisələrini sulfat turşusu ilə təmin etmək, zavodlarda alınan işlənmiş turşunu da istifadə etməklə superfosfat gübrəsi istehsal edilərək Zaqafqaziya və Şimali Qafqaz respublikalarının mineral gübrəyə olan tələbatını ödəmək olmuşdur.

"Prof Clinic" LLC

Şirkətlər

"Prof Clinic" LLC

Yüksək standartlara cavab verən tibbi avadanlıqlar, ən son tibbi yenilikləri tətbiq edən peşəkar həkim komandasını bir araya yığan kosmetoloji və stomatoloji xidmətlər göstərən klinikadır.