28-08-2018
“Polad Texno” investisiya müsabiqəsinin qalibi oldu.
“Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin sahibi oldu.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir ki, “Polad Texno” daha öncə elan edilmiş investisiya müsabiqəsinin qalibi oldu.
“İnvestisiya müsabiqəsinin şərtlərinə görə, 24 aprel tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. İnvestisiya proqramının ümumi dəyəri 64 milyon manat təşkil edir. Qalib dövlət büdcəsinə 8 milyon manat köçürəcək, həmçinin Dövlət Sosial Müdafiə Fonduna 2,2 milyon manat məbləğində borcunu ödəyəcək və işçilərə 260,6 min manat məbləğində əmək haqqı verəcək”, - məlumatda belə deyilir.