Logo

GÜBRƏ

GÜBRƏ

Polad Texno Group sulfat turşusu və sadə superfosfat gübrəsinin istehsalı ilə məşğul olan "Sumqayıt Superfosfat Zavodu" ASC-nin səhmdarıdır. 2001-ci ildə zavodun bazasında“Sumqayıt Superfosfat” ASC yaradılmışdır.Sumqayıt şəhərində tikilməsində əsas məqsəd şəhərin kimya zavodlarını, respublikanın neft emalı və energetika müəssisələrini sulfat turşusu ilə təmin etmək, zavodlarda alınan işlənmiş turşunu da istifadə etməklə superfosfat gübrəsi istehsal edilərək Zaqafqaziya və Şimali Qafqaz respublikalarının mineral gübrəyə olan tələbatını ödəməkdir.

METALLURGİYA

METALLURGİYA

Qrupa daxil olan şirkətlər metal tökmə, metal emalı, metal qəlibləmə, cilalama və əlvan və qara metalların satışı, həmçinin emal olunmuş metallurgiya məhsullarının təchizatı ilə məşğuldur.

"Polad Texno" MMC 2007-ci ildən metallurgiya sənayesində fəaliyyət göstərir.

SƏHİYYƏ

SƏHİYYƏ

Şirkət son texnologiyalar tətbiq etməklə kosmetoloji və stomatoloji xidmətlər göstərir. Klinika son texnoloji standartlara cavab verən laboratoriya və tibbi avadanlıqlarla təchiz olunmuş. Bütün tibbi personal yüksək ixtisaslı həkimlərdən təşkil olunmuşdur.